Tərtərdə yabanı halda bitən 1 tondan artıq narkotik bitki məhv edilib

Tərtərdə yabanı halda bitən 1 tondan artıq narkotik bitki məhv edilib
# 21 iyun 2021 11:28 (UTC +04:00)

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Talış kəndi ərazisində çəkisi 1 ton 210 kiloqram olan 2200 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR