“TikTok”da narkotiki təbliğ edən 16 yaşlı yeniyetmə saxlanılıb

“TikTok”da narkotiki təbliğ edən 16 yaşlı yeniyetmə saxlanılıb
# 19 noyabr 2021 13:44 (UTC +04:00)

Bir neçə gün öncə “TikTok” platformasında “ll@amid52” adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməlyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib. O, valideynləri ilə birlikdə Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.
Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonu səhifəsindən silib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR