Tovuzda ağır yol qəzası baş verib, xəsarət alanlar var - FOTOLENT - VİDEO - YENİLƏNİB

Tovuzda ağır yol qəzası baş verib, xəsarət alanlar var  - FOTOLENT  - VİDEO  - YENİLƏNİB
# 06 iyun 2021 22:10 (UTC +04:00)

Xəbərə video əlavə edilib.

***

Saat. 19:27

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını ilə “Range Rover” markalı minik maşınları toqquşub. Qəza zamanı “VAZ 2106” markalı maşınının sürücüsü 2000-ci il təvəllüdlü İsmayılov Orxan Mehdi oğlu və “Range Rover”in sürücüsü 2000-ci il təvəllüdlü Mehralıyev Cavid İsgəndər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hər iki xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Daha bir sərnişinin 1987-ci il təvəllüdlü Şəmkir sakini Əliyeva Elnarə Qasım qızı da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR