Tovuzda avtomobil dayanacağa çırpılıb, xəsarət alanlar var

Tovuzda avtomobil dayanacağa çırpılıb, xəsarət alanlar var
# 04 noyabr 2021 09:14 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetməni itirib. Nəticədə minik avtomobili yol kənarındakı avtobus dayanacağına çırpılıb. Bu zaman dayanacaqda olan 1977-ci il təvəllüdlü Heydərov Çoban Asif oğlu və 1999-cu il təvəllüdlü İsmayılov Pərviz Mübariz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR