Tovuzda avtomobilin işıq dirəyinə çırpılıb, bir nəfər ölüb - YENİLƏNİB - VİDEO

Tovuzda avtomobilin işıq dirəyinə çırpılıb, bir nəfər ölüb - YENİLƏNİB  - VİDEO
# 29 iyul 2021 22:32 (UTC +04:00)

Tovuzda baş verən qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumtına görə, minik maşının işıq dirəyinə çırpılması nəticəsində 1990-cı il təvəllüdlü Şirinov Xəlil Bədrəddin oğlu dünyasını dəyişib.

1998-ci il təvəllüdlü Məmmədov Uğur Ədalət oğlunun vəziyyətinin ağır olduğu bildirilib.

***

22:12

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR