Tovuzda avtomobillər toqquşub, iki nəfər xəsarət alıb

Tovuzda avtomobillər toqquşub, iki nəfər xəsarət alıb
# 05 oktyabr 2021 09:15 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Tovuz rayonu, Abulbəyli kəndində “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR