Tovuzda baş verən qəzada 3 nəfər xəsarət alıb

Tovuzda baş verən qəzada 3 nəfər xəsarət alıb
# 01 avqust 2021 20:22 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə "Hyundai" markalı minik avtomobili toqquşub. Qəza zamanı 1968-ci il təvəllüdlü Mustafayev Azər Qəfər oğlu, 1987-ci il təvəllüdlü Ağayeva Şaymən İlqar qızı və 2002-ci il təvəllüdlü Xasməmmədli Tapdıq Ayaz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR