Tovuzda baş verən yol qəzasında ər və arvadı xəsarət alıb

Tovuzda baş verən yol qəzasında ər və arvadı xəsarət alıb
# 01 iyul 2021 18:38 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 429-cu kilometrliyində, rayonun Alakol kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolun kənarında dayanan TIR-a çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü və onun həyat yoldaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR