Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi çayxanada saxlanılıb - VİDEO - YENİLƏNİB

Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi çayxanada saxlanılıb

© APA | Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi çayxanada saxlanılıb

# 03 avqust 2021 10:16 (UTC +04:00)

Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Füzuli İlyasov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub. Yaşadığı evi tərk edən Füzuli İlyasovun çayxanaya getməsi aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə F. İlyasov yaşadığı evə göndərilib. Fakla bağlı İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR