Tovuzda evdən xeyli miqdarda pul oğurlayan şəxs saxlanılıb

Tovuzda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

© APA | Tovuzda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

# 25 oktyabr 2021 10:44 (UTC +04:00)

Tovuz rayon Polis Şöbəsinə rayon sakininə məxsus fərdi yaşayış evindən naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə məlumat daxil olub. Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar həyata keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, davam etdirilən istintaq-əməliyyat tədbirləi nəticəsində məlum olub ki, rayonun Bozalqanlı kənd sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov oktyabr ayının 22-də fərdi yaşayış evinə qeyr-qanuni yolla daxil olaraq oradan 8500 manat nağd pul oğurlayıb. Şübhəli şəxs maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR