Tovuzda iki qardaş bıçaqlanıb, biri ölüb - YENİLƏNİB - VİDEO

Tovuz, İbrahimhacılı kəndi

© APA | Tovuz, İbrahimhacılı kəndi

# 08 dekabr 2021 13:47 (UTC +04:00)

Tovuz rayonunda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndindəki çay evinin qarşısında qeydə alınıb.

Çay evini işlədən 1964-cü il təvəllüdlü Ənvər Əlirzayev və onun qardaşı Fərman Əlirzayevlə kənd sakini Maksim Mehdiyev arasında mübahisə düşüb. Bu zaman Maksim Mehdiyev qardaşları bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Ə. Əlirzayev orada ölüb, F. Əlirzayevin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən M. Mehdiyev polis tərəfindən axtarılır.

***

12.58

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb.

Kənd sakini olan iki nəfər bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onlardan biri - Əlirzayev Ənvər Qasım oğlunun öldüyü məlum olub. Digər şəxsin vəziyyəti ağır qiymətləndirilir. İlkin məlumata görə, hadisəni kənd sakini Mehdiyev Maksim Cavanşir oğlu törədib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR