Tovuzda itkin düşən aşığın meyiti tapılıb - VİDEO

Zahid Qasımov

© APA | Zahid Qasımov

# 25 noyabr 2021 14:36 (UTC +04:00)

Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndində çayda aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Zahid Qasımov noyabrın 20-də evdən çıxıb, bir daha geri qayıtmayıb. Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR