Tovuzda karantin qaydalarını pozan çay evinin sahibi inzibati məsuliyyətə cəlb olunub

Tovuzda karantin qaydalarına zidd fəaliyyət göstərən çay evi

© APA | Tovuzda karantin qaydalarına zidd fəaliyyət göstərən çay evi

# 23 avqust 2021 14:57 (UTC +04:00)

Tovuzda karantin qaydalarına zidd fəaliyyət göstərən çay evi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayonun Qovlar şəhəri ərazisində fəaliyyət göstərən “Venum” çay evində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb. Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi Nicat Məmmədli Polis Şöbəsinə dəvət olunub, profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib, barəsində inzibati protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR