Tovuzda oğurluq edən şəxslər tutulub - VİDEO - YENİLƏNİB

Tovuzda oğurluq edən şəxslər tutulub - VİDEO  - YENİLƏNİB
# 30 iyun 2021 12:10 (UTC +04:00)

Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrılıqda oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon Suvarma Sistemləri İdarəsinə məxsus rayonun Ceyrançöl ərazisində quraşdırılmış artezian mühərrikini oğurlamaqda şübhəli bilinən rayonun Çatax kənd sakini Murad Quliyev və Bakı şəhər sakini Nizaməddin Ələkbərov saxlanılıblar. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisəsini etiraf ediblər.
Polis əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat nəticəsində rayon ərazisindəki fermalardan birindən 450 manat dəyərində elektrik naqilllərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Belə ki, həmin şəxslərin rayonun Düz Cırdaxan kənd sakini Sərxan Məmmədov və həmkəndlisi Oktay Məmmədov olması müəyyən edilib. Bundan başqa onların ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, saxlanılan şəxslər cari ilin müxtəlif vaxtlarında rayon ərazisindəki daş karxanasından 600 manatlıq, digər bir fermadan isə 1800 manatlıq elektrik naqillərini oğurlayıblar.
Qeyd edilən faktlarla bağlı Tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR