Tovuzda ölən piyadanın kimliyi məlum olub - YENİLƏNİB - 2 - FOTO - VİDEO

Tovuzda ölən piyadanın kimliyi məlum olub - YENİLƏNİB - 2  - FOTO  - VİDEO
# 24 oktyabr 2021 12:12 (UTC +04:00)

Xəbərə hadisə yerindən görüntülər əlavə olunub.

***

09:05

Tovuz rayonunda avtomobilin vurub öldürdüyü piyadanın kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, ölən piyada rayonun Abulbəyli kənd sakini 1968-ci il təvəllüdlü Cəfərova Fazilədir.

Qeyd edək ki piyadanı hərəkətdə olan "VAZ 21015 "markalı avtomobil vurub.

***

08:05

Tovuzda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bazarın qarşısında qeydə alınıb.

Hərəkətə olan avtomobil yolu keçmək istəyən ortayaşlı qadını vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda piyadanın kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR