Tovuzda qəza baş verib, xəsarət alanlar var

Tovuzda qəza baş verib, xəsarət alanlar var
# 20 iyun 2021 17:40 (UTC +04:00)

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı Qazax magistral yolunun rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 25 yaşlı Həsənov Allahqulu və 27 yaşlı Ayvazov Niyaməddin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR