Tovuzda qəza nəticəsində bir nəfər xəsarət alıb

Tovuzda qəza nəticəsində bir nəfər xəsarət alıb
# 09 noyabr 2021 22:36 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Nəsimi küçəsində qeydə alınıb.

"VAZ 2107" və "VAZ 2106" markalı avtomobillər hərəkətdə olarkən toqquşub. Qəzanın təsirindən "VAZ 2106" yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR