Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Tovuzda qəza

© APA | Tovuzda qəza

# 15 noyabr 2021 09:20 (UTC +04:00)

Tovuzda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü Aslanova Ayşə Vidadi qızı, 1991-ci il təvəllüdlü Alıyev Sabir Məzahir oğlu, 1963-cü il təvəllüdlü Məmmədova Rəna İdris qızı, 1992-ci il təvəllüdlü Həsənov Əmrah Şəhadət oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Siyavuş Aslan oğlu və 1997-ci il təvəllüdlü Əliyev Fəzail Məzahir oğlu yaralanıb.

Qeyd edək ki qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov hadisə yerində ölüb.

***

08:27

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düzqırıxlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub.

Qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov hadisə yerində ölüb, 6 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR