Tovuzda qəza olub, xəsarət alanlar var

Tovuzda qəza olub, xəsarət alanlar var
# 14 oktyabr 2021 19:13 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda yerləşən şadlıq sarayların birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1983-cü il təvəllüdlü İsmayılov Furiddin, 1970-ci il təvəllüdlü Məmmədov Altay və bir nəfər də Türkiyə vətəndaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR