Tovuzda qəza olub, xəsarət alanlar var

Tovuzda qəza olub, xəsarət alanlar var
# 23 oktyabr 2021 19:49 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik avtomobili ilə digər minik avtomobili toqquşub. Qəza zamanı 1993-cü il təvəllüdlü Bayramov Ramal,1996-cı il təvəllüdlü Qurbanova Fidan və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR