​​​​​​​Tovuzda qəzada bir nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB - FOTO

​​​​​​​Tovuzda qəzada bir nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB  - FOTO
# 05 oktyabr 2021 09:33 (UTC +04:00)

Tovuzda baş verən qəzada ölən və xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, "Prado" ilə "Mercedec"in toqquşması nəticəsində ölən rayonun Kirən kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərov Samir Elman oğludur.

Xəsarət alanlar isə Kirən kənd sakinləri – 1999-cu il təvəllüdlü Səməndərov Yasin Afiq oğlu, 1986-cı il təvəllüdlü Rzayev Muxtar Kamandar oğlu, 1997-ci il təvəllüdlü Əyyubov Anar Mahir oğlu, 1989-cu il təvəllüdlü Cəfərov Samir Fərmail oğlu, 1995-ci il təvəllüdlü Nərimanov Sərxan Mahir oğludur. Yaralılardan Əyyubov Anar Mahir oğlunun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

09:08

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun girişində, "ASAN Xidmət"in qabağında qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR