Tovuzda sərnişin avtobusu minik maşını ilə toqquşub, ölən və xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Tovuzda sərnişin avtobusu minik maşını ilə toqquşub, ölən və xəsarət alanlar var - FOTO  - VİDEO  - YENİLƏNİB
# 30 iyun 2021 21:07 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 17:52

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Alakol kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Ford” markalı sərnişin avtobusu ilə "VAZ-2107" markalı minik maşını toqquşub. Qəza zamanı 1970-ci il təvəllüdlü Məmmədov Namiq Balakişi oğlu, 1933-cü il təvəllüdlü Mirzəyev Təhmuraz Tofiq Oğlu və 1990-cı il təvəllüdlü Məmmədli Məhəmməd Aslan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, 51 yaşlı Namiq Məmmədov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR