Tovuzda yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - FOTO - VİDEO

Tovuzda yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - FOTO  - VİDEO
# 28 noyabr 2021 20:07 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun girişində “Qala” adlan yerdə qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ 2106" markalı avtomobil toqquşub. Qəza zamanı 1990-cı il təvəllüdlü Fərxri Əfəndiyev dünyasını dəyişib. Hümbət Həsənov və onun həyat yoldaşı Nübar Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR