Tovuzda yük maşını aşıb, sürücü xəsarət alıb - FOTO

Tovuzda yük maşını aşıb, sürücü xəsarət alıb - FOTO
# 22 noyabr 2021 16:30 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 445 km-də qeydə alınıb. Belə ki, “DAF” markalı yük avtomobili idarəetməni itirərək aşıb.

Qəza zamanı yük maşınının sürücüsü, Türkiyə vətəndaşı Şəmistan Yılmaz xəsarət alıb.

Sürücü xəstəxanaya yerləşdilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR