Tovuzda zəncirvari qəza olub, bir nəfər xəsarət alıb - FOTO

Tovuzda zəncirvari qəza olub, bir nəfər xəsarət alıb - FOTO
# 01 sentyabr 2021 22:35 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərkətdə olan "VAZ 2107 "markalı avtomobil idarə etməni itirib. Nəticədə minik maşını yolun kənarında dayanan 3 "VAZ "markalı avtomobilə çırpılıb.

Qəza zamanı 1995-ci il təvəllüdlü Qismət İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR