İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "yaşıl kanal" vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "qırmız kanal"a yönləndirilib.
Dövlət Gömrrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, vətəndaşa məxsus çantalara rentgen qurğusu vasitəsilə baxış zamanı monitorda mobil telefonlara məxsus təsvirlərin əks olunduğu müəyyənləşdirilib.
Çantalara baxış zamanı qutusuz və aksessuarsız vəziyyətdə 3 ədəd "Samsung S21", 21 ədəd "İphone 12 Pro", 3 ədəd "İphone 12 Pro Max", 3 ədəd "İphone 13", 17 ədəd "İphone 13 Pro" markalı mobil telefonlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.