Ucarda 2-ci sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb - VİDEO - YENİLƏNİB

Ucarda 2-ci sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb - VİDEO  - YENİLƏNİB
# 20 iyul 2021 11:09 (UTC +04:00)

Ucarda 2-ci sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün axşam saatlarında rayonun Təzə Şilyan kənd sakini, 2014-cü il təvəllüdlü Ağazadə Eltun Mehdi oğlu həyətlərində mişar daşlarının üstündə oynayarkən yıxılıb. Ağır kəllə-beyin xəsarətləri alan E. Ağazadə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Zərərçəkən vəziyyətinin ağır olması səbəbindən bu gün səhər saatlarında Bakıya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR