Ucarda 59 yaşlı kişini ilan sancıb - VİDEO

Ucarda 59 yaşlı kişini ilan sancıb - VİDEO
# 19 may 2021 13:14 (UTC +04:00)

Qəbələ rayon sakinini Ucarda ilan sancıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayon sakini, 1962-ci il təvəllüdlü Rafəddin Ziyadin oğlu Mustaqovu Ucar rayonunun Yuxarı Şilyan kəndində ilan vurub.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən vəziyyəti ağır qiymətləndirilən R. Mustaqov müalicəsini davam etdirmək məqsədi ilə Bakıdakı xəstəxanaların birinə göndərilib.

Məlumata görə, kənddə çoban kimi çalışan R. Mustafovu gürzə ilanı dodaq nahiyəsindən dişləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR