Ucarda avtomobilin vurduğu piyada xəsarət alıb 

Ucarda avtomobilin vurduğu piyada xəsarət alıb 
# 03 iyun 2021 00:30 (UTC +04:00)

Ucarda piyada yol qəzasında ağır xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında rayonun Heydər Əliyev prospektində baş verib.

Ucar rayon sakini, 1978-ci il təvəllüdlü İbrahimov Qabil İbrahim oğlu idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçmək istəyən piyada, rayon sakini, 1959-cu il təvəllüdlü Rüstəmli İldırım İvan oğlunu vurub. Zərərçəkən ağır vəziyyətdə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR