Ucarda güclü yanğın zamanı iki avtomobil yanıb - FOTO - VİDEO - YENİLƏNİB

Ucarda güclü yanğın zamanı iki avtomobil yanıb - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 19 iyul 2021 08:18 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


06:29

Ucarda baş verən yanğında 2 avtomobil yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə səhər saatlarında rayonun Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.

Rayon sakini, 1957-ci il təvəllüdlü Aydın Əhəd oğlu Əhədova məxsus evə bitişik ümumi sahəsi 145 kv/m olan artırmada güclü yanğın baş verib. Yanğın zamanı ev sahibinin "Mercedes" markalı minik maşını, ev sahibinin oğlu, 1991-ci il təvəllüdlü Zamiq Əhədzadəyə məxsus "Hyundai" markalı avtomobil yanıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 3 texnikası cəlb olunub. Yanğın söndürülüb və ev də daxil olmaqla yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR