Ucarda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO-VİDEO

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO -VİDEO
# 28 iyun 2021 05:21 (UTC +04:00)

Mətnə video əlavə olunub.
***
01:46

Ucarda gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində ağır yol qəzası qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük maşınının arxa hissəsinə Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını çırpılıb.

Nəticədə, sürücü E. Cəlilov ölüb. Onun 3 sərnişini - 2 yaşlı İlyas Elçin oğlu Cəlilov, 45 yaşlı Zaur Balay oğlu Xəlilov və 31 yaşlı Aysel Balay qızı Cəlilova aldıqları çoxsaylı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR