Ucarda yaşayış yerini tərk edən COVID xəstələri müəyyən edilib

Ucarda yaşayış yerini tərk edən COVID xəstələri müəyyən edilib
# 26 avqust 2021 10:22 (UTC +04:00)

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayonun Bərgüşad kənd sakinləri Hüseyn Behbudovun və Oruc Alməmmədovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub.
Həmin şəxslər kənd ərazisində aşkarlanıb və yaşadıqları ünvanlara geri qaytarılıblar.
H.Behbudov və O.Alməmmədov barəsində Ucar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR