Ucarda yol qəzası 1600 abonentin qazsız qalmasına səbəb olub VİDEO - YENİLƏNİB

Ucarda yol qəzası 1600 abonentin qazsız qalmasına səbəb olub  <span class="red_color">VİDEO -  <span class="red_color">YENİLƏNİB
# 24 iyun 2021 21:35 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 19:10

Ucarda baş verən yol qəzasında 1600 abonent qazsız qalıb.

APA-nın yerli  bürosunun xəbərinə görə, hadisə bu gün axsam saatlarında H. Əliyev prospektində  qeydə alınıb.

Ucar rayon sakini, 1991-cı il təvəllüdlü Həsən Tərlanovun  idarə etdiyi "Chevrolet" markalı maşın ilə Qalib İmanovun  idarə etdiyi "Mercedes" markalı minik maşını  toqquşub. Nəticədə "Chevrolet"in sürücüsü H. Tərlanov aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində qaz xətti ciddi zədələnib. 

Ucar qaz istismar sahəsindən verilən məlumata görə, 1600 abonentin qaz təchizatı dayandırılıb. İstismar sahəsindən o da bildirilib ki, qısa müddətə qaz sızması dayandırılacaq və abonentlər təbii qazla təmin olunacaqlar.

Fakt araşdırılır.                                                            

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR