Ucarda yol qəzasında ana və övladları xəsarət alıb

Ucarda yol qəzasında ana və övladları xəsarət alıb
# 05 dekabr 2021 19:02 (UTC +04:00)

Ucarda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

99 LN 502 dövlət nömrə nişanlı "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Ağdaş rayon sakinləri - 1985-ci il təvəllüdlü Pərvanə Ramiz qızı Abdullayeva, onun övladları, 2005-ci il təvəllüdlü Aytac Bəxtiyar qızı Abdullayeva və 2007-ci il təvəllüdlü Abdulla Bəxtiyar oğlu Abdullayev müxtəlif xəsarətlər alıblar. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR