Ucar rayonunda fəaliyyət göstərməyən beton zavodunun ərazisində “KamAZ” markalı avtokranın mühərrik hissəsi və yaxınlığında 10 m² sahədə quru ot yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.