Ucarda zəncirvari yol qəzasında bir nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Ucarda zəncirvari yol qəzasında bir nəfər xəsarət alıb - <span class="red_color">VİDEO -  <span class="red_color">YENİLƏNİB
# 21 iyun 2021 22:17 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


20:20
 

 

Ucarda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axsam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. 

Şəki rayon sakini, 1986-cı il təvəllüdlü Kamran Xəlilovun idarə etdiyi "FORD" markalı maşın, Sabirabad rayon sakini, 1969-cu il təvəllüdlü Murad Abbasovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə "UAZ" markalı maşın toqquşub. 

Nəticədə Beyləqan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Allahverdiyev aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.   
Fakt araşdırılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR