Ucardan pandemiya tələblərini pozan toy sahibləri cərimələnib

Ucardan pandemiya tələblərini pozan toy sahibləri cərimələnib
# 30 iyul 2021 09:01 (UTC +04:00)

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Rəstəcə, Qazyan və Qarabörk kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Qayda pozuntularına yol vermiş ev sahiblərinə mövcud qaydalar haqqında geniş məlumat verilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR