Vəkil avtomobilinin yandırıldığını iddia edir - VİDEO - YENİLƏNİB

Zaqatalada yanmış avtomobil

© APA | Zaqatalada yanmış avtomobil

# 17 oktyabr 2021 13:25 (UTC +04:00)

Zaqatalada fəaliyyət göstərən vəkilə məxsus avtomobil yanıb.
APA-nın xəbərinə görə, Vəkillər Kollegiyasının üzvü Azər İsmayılovun "Mersedes" markalı avtomobili ötən gecə saat 03:00 radələrində yanıb.
Vəki APA-ya açıqlamasında avtomobilinin qəsdən yandırıldığını iddia edib.
A.İsmayılov qeyd edib ki, vəkillik fəaliyyəti ilə bağlı olaraq şübhələndiyi şəxs tərəfindən avtomobilinin üzərinə benzin tökülərək qəsdən yandırılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparılır:
"Oktyabrın 17-si gecə saatlarında Zaqatala şəhəri ərazisində Azər İsmayılova məxsus “Mercedes” markalı avtomobildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın söndürülüb və hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda da nəqliyyat vasitəsində yanğının hansı səbəbdən baş verməsi ilə əlaqədar araşdırma aparılır."

***

saat 12.58

Zaqatalada minik avtomobili yanıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, gecə saat 03 radələrində Zaqatala şəhəri Sülh küçəsi 11 ünvanında, Zaqatala şəhər sakini Azər Həşim oğlu İsmayılova məxsus “Mersedes” markalı 62 BN 833 dövlət nömrə nişanlı minik avtomobilində dayandığı yerdə yanğın baş verib.
Avtomobil baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq maşın yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR