Vəkil: “Monteneqro Telman İsmayılovun ekstradisiyasını planlaşdırmayıb, sığınacaq qərarı ləğv edilə bilməz”

Telman İsmayılov

© APA | Telman İsmayılov

# 25 oktyabr 2021 12:03 (UTC +04:00)

Monteneqro Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılovun ekstradisiyasını planlaşdırmayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə iş adamının vəkili Marina Rusakova bildirib.

Onun sözlərinə görə, Monteneqroda “Çerkiz” bazarının keçmiş sahibi Telman İsmayılovun ekstradisiyası məsələsinə baxılmayıb.

“Heç kəs Telman İsmayılovun Rusiyaya ekstradisiyasından imtina etməyib. Ona görə ki, Monteneqroda bu məsələyə heç vaxt baxılmayıb. Telman İsmayılova siyasi sığınacaq verilib. İş adamının monteneqrolu vəkili, beynəlxalq hüquq üzrə mütəxəssis Miloş Vuksanoviç hesab edir ki, siyasi sığınacaqla bağlı qərarı ləğv etmək mümkün deyil”, - M. Rusakova vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR