Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb - YENİLƏNİB - VİDEO

Şəhid gizir İxtiyar Əliyev

© APA | Şəhid gizir İxtiyar Əliyev

# 13 oktyabr 2021 19:31 (UTC +04:00)

Baş Prokurorluq itkin düşən daha bir hərbi qulluqçunun meyitinin tapılması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, itkin düşmüş daha bir hərbi qulluqçunun –gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib. Növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.

***

18:35

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Bu barədə APA-ya şəhidin qardaşı Vüqar Əliyev məlumat verib. O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunun Goranlı kəndində dəfn olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Vətən müharibəsi zamanı itkin düşən 7 hərbçidən birinin nəşinin tapılması və həmin şəxsin kimliyinin müəyyən edilməsi üçün ekspertiza aparıldığını bildirmişdi.

Daha sonra nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olması barədə məlumatlar yayılsa da, ailəsi bunu təsdiq etməyərək ikinci dəfə DNT analizləri verildiyini açıqlamışdı.

Əlavə DNT analizləri nəticəsində nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olduğu təsdiqlənib.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR