Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Xudat yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
2009-cu il təvəllüdlü, İsaqov Elşad Etibar oğlunu maşın vurub. Ağır bədən xəsarətləri alan azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.