Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb

Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb
# 10 iyun 2021 12:49 (UTC +04:00)

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonunun Çarxı kəndi ərazisində Mollaburhan kənd sakini G.Rzayev idarə etdiyi “Fiat-Doblo” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Rəhimoba kənd sakini Mehman Mustafayevi vurub. Qəza nəticəsində M.Mustafayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR