Xaçmazda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Xaçmazda çətənə kolu yetişdirən şəxs saxlanılıb
# 14 iyul 2021 11:08 (UTC +04:00)

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tel kənd sakini İslam Əlimulayev saxlanılıb.

Xaçmaz RPŞ-nin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İslam Əlimulayevin yaşadığı Tel kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 311 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR