Xaçmazda ərzaq mağazası, Neftçalada anbar yanıb

Xaçmazda ərzaq mağazası, Neftçalada anbar yanıb
# 28 iyul 2021 09:10 (UTC +04:00)

Xaçmaz rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları, içərisində olan ərzaq malları və 6 ədəd soyuducu yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Neftçala rayonunun Aşağı Qaramanlı kəndində isə ümumi sahəsi 70 m² olan fəaliyyət göstərməyən anbarın dam örtüyünün yanar konstruksiyaları 62 m² sahədə və içərisində 1 ədəd inkubator cihazı yanıb. Anbarın qalan hissəsi və bitişik dəyirman yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR