Xaçmazda evdən 100 min manatlıq oğurluq edilib

Xaçmazda evdən 100 min manatlıq oğurluq edilib
# 07 iyun 2021 12:53 (UTC +04:00)

Xaçmazda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də rayon ərazisindəki evlərin birindən 25.000 manat, 300 ABŞ dolları, 70.000 manat dəyərində qızıl-zinət əşyaları, 1000 manat dəyərində saat və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Z.Beydullayev və M.Məmmədova saxlanılıblar.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR