Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var

Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var
# 08 noyabr 2021 16:30 (UTC +04:00)

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Qımılqışlaq kənd sakini, 1996-cı il təvəllüdlü Qədirov Anar Qədir oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə, “Qaz 53” markalı avtomobil toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü və sərnişin - Qubanın Qırmızı qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nürəddinov Oruc Telman oğlu xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR