Xaçmazda intihara cəhdin qarşısı alınıb

Xaçmazda intihara cəhdin qarşısı alınıb
# 29 noyabr 2021 08:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunun Uzunoba kəndində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən APA-ya verilən məlumata görə, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR