Xaçmazda maşın aşıb, 2 nəfər xəsarət alıb

Xaçmazda maşın aşıb, 2 nəfər xəsarət alıb
# 17 iyul 2021 16:22 (UTC +04:00)

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Xudat-Yalama yolunda qeydə alınıb. Hərəkətdə olan nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər - 1998-ci il təvəllüdlü Məmmədov Namik Edik oglu, 2000-ci il təvəllüdlü Valeh Ağasıyev və 21 yaşlı Sərxan Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR