Xaçmazda 34 yaşlı qadın əri tərəfindən qətlə yetirilib - YENİLƏNİB

Xaçmazda 34 yaşlı qadın əri tərəfindən qətlə yetirilib - YENİLƏNİB
# 30 iyul 2021 11:44 (UTC +04:00)

Xaçmazda qətl hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 34 yaşlı Könül Nadir qızı Bayramova bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni Könül Bayramovanın həyat yoldaşı, 46 yaşlı Mübariz Mirzəbəyovun törətdiyi məlum olub. M. Mirzəbəyov saxlanılıb.

Qətlin ailə münaqişəsi zaminində baş verdiyi bildirilir.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir

***

10.14

Xaçmazda qətl hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin dəmiryol vağzalı ərazisində qeydə alınıb. İlkin məlumata görə, orta yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, təfərrüatlar araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR