Xaçmazda qayınatasını və qayınanasını öldürən şəxsin məhkəməsi başlayır

Xaçmazda qayınatasını və qayınanasını öldürən şəxsin məhkəməsi başlayır
# 20 may 2021 08:58 (UTC +04:00)

Xaçmazda qayınatasını və qayınanasını qətlə yetirməkdə təqsirləndirilən Rəhman Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il rayonun Ləcət kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasına atəş açıb.

1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova hadisə yerində ölüb, Beykəs Mirzəcan oğlu Yunusov isə təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
R.Osmanov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR